Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Güclü zəkaya, dərin elmə və siyasi savada malik siyasətçi

0

  •                  Çoxsaylı istəkləri nəzərə alaraq Prezident İlham Əliyev mətbuat konfransını məhz 26 fevral – Xocalı soyqırımının gününə təyin etməkdə məqsədi bu faciəni bir daha dünya ictimaiyyətinə çatdırmaq idi. Prezident verilən sualları özünənməxsus şəkildə: tutarlı, savadlı və gözəl natiq məharəti ilə cavablandırdı. Həm Xocalı faciəsi baş verən dövrdə, həm də hazırki dövr Azərbaycanının müqayisəli tablosunu yaratdı. Xocalı faciəsi baş verən dövrdə Azərbaycanın informasiya blokadasında olduğunu qeyd edən Prezident  dünyanın bu faciəni rəsmən soyqırım kimi qəbul etməsi üçün fəaliyyətinin davam etdiriləcəyini qeyd etdi. Erməni faşizmi 44 günlük müharibə dövründə də Gəncə, Bərdə, Tərtər ərazisinə ballistik raketlər ataraq dinc əhaliyə qarşı terror aktları həyata keçirdi. Lakin artıq Azərbaycan keçən əsrin 80-90-cı illərindəki Azərbaycan deyil. Güclü orduya, güclü iqtisadiyyata malik olan Azərbaycan öz gücünü həm hərbi, həm də siyasi arenada da göstərdi. Azərbaycan yalançı erməni mifini darmadağın etdi. Münaqişənin hərbi yolla həllinin labüd olduğunu sübut etdi. Dörd dildə 4 saat mətbuat konfransını yalnız güclü zəka, dərin elmi və siyasi savada malik olan Prezident İlham Əliyev kimi dünya miqyaslı siyasətçi edə bilər. Biz Xocalılar öz dövlət başçımızla fəxr edirik!Zəminə Məmmədova,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib62 dəfə
    Güclü zəkaya dərin elmə siyasi savada malik siyasətçi

    Maraqlı gələ bilər